среда, 30 декабря 2015 г.
понедельник, 28 декабря 2015 г.
воскресенье, 27 декабря 2015 г.
суббота, 26 декабря 2015 г.
пятница, 25 декабря 2015 г.
Müsavat Partiyasının başqanı Ramazan Əliyevi təbrik edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı
Ramazan Əliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Ramazan bəy!
Sizi 50 illik yubileyiniz münasibəti ilə
təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Siz, 1988-ci ildə başlayan Azərbaycan
Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin
müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin ən fəal
nümayəndələrindən biri olmusunuz. 1992-93-cü illərdə demokratik qüvvələrin hakimiyyəti dövründə Xaçmaz rayonunda öz məsul görəvinizi yerinə
yetirərkən işinizin öhdəsindən layiqincə gəlmisiniz. 1992-ci ildən Müsavat Partiyasının üzvü olmuş,
partiyanın bərpa işində fəal iştirak etmiş,
rayon təşkilatının gücləndirilməsində, müsavatçılıq ideyalarının
təbliğində və yayılmasında yorulmadan fəaliyyət göstərmisiniz. Uzun müddət
Müsavat Partiyası Xaçmaz rayon təşkilatına sədrlik etmiş, fəaliyyətiniz
dövründə keçirilən bütün seçkilərdə, xüsusən 2003-cü ildə prezident, 2005-ci
ildə Milli Məclisə deputat seçkilərində göstərdiyiniz fədakarlıqlara görə dəfələrlə
təqib və təzyiqlərlə üzləşsəniz də, heç zaman öz əqidənizdən dönməmisiniz.
Hal-hazırda Müsavatın bölgə liderlərindən biri , Müsavat Partiyası başqanının
müşaviri kimi fəaliyyətinizi davam
etdirirsiniz.
Siz həm də mehriban, qayğıkeş bir ailə
başçısı, atasınız. İnanıram ki, bundan sonra da hər zaman Sizi tanıyan insanlar
Sizinlə qürur hissi keçirəcəklər.
Hörmətli Ramazan bəy!
Bir daha Sizi 50 illik yubileyiniz
münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, şəxsi həyatınızda
xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”
Razim Əmiraslanlını 50 illik yubileyini qeyd etdi. (TƏBRİK)
Müsavat Partiyasının başqanı Arif Hacılı partiya
üzvü Razim Əmiraslanlını 50 illik yubileyi
münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Razim bəy!
Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik
edir, Sizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Siz 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının
fəal iştirakçısı olmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən
mübarizənin fəal nümayəndələrindən biri kimi ölkəmizdə vətəndaş cəmiyyəti
quruculuğu işlərinə böyük töhvələr vermisiniz.
Apardığınız bu şərəfli işi 2000-ci ildən Müsavat
Partiyasının sıralarında davam etdirmisiniz. Uzun müddət Səbail rayon təşkilatının
Şura üzvü, sədri kimi təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfənizi
vermisiniz.
Prinsipial və fədakar mübarizənizə görə dəfələrlə təqib
və təzyiqlərlə üzləşsəniz də heç zaman öz əqidənizdən dönməmisiniz.
Siz mehriban, qayğıkeş bir ailə başçısı, atasınız.
İnanıram ki, hər zaman övladınız və Sizi tanıyan insanlar Sizinlə qürur hissi
keçirəcəklər.
Hörmətli Razim bəy!
Sizi bir daha 50 illik yubileyiniz münasibətilə təbrik
edir, apardığınız bu şərəfli mübarizə yolunda uğurlar arzulayıram.”
Müsavat və MSDM başsağlığı verdilər.
Müsavat
Partiyasının başqanı Arif Hacılı və partiyanın Divanı Qəbələ rayon təşkilatının
üzvü Sadiq Daşdəmirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun
ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət
eləsin!
Milli
Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəbələ rayon təşkilatının üzvü Sadiq
Daşdəmirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin
hüznlə başsağlığı verir.
Allah rəhmət
eləsin!
25 dekabr 2015-ci il
среда, 23 декабря 2015 г.
Müsavat Partiyasının siyasi məhbus problemini birdəfəlik həll etməyi təklif edir.
Müsavat Partiyasının siyasi məhbus problemi ilə əlaqədar təşkil etdiyi
22 dekabr 2015-ci il tarixli
Dəyirmi Masanın açıqlaması
Dəyirmi Masanın açıqlaması
Yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll olunmur. Azərbaycan hakimiyyəti bu problemi həll etmək əvəzinə repressiya siyasətini davam etdirərək, siyasi məhbusların sayının artırılması ilə məşğuldur.
Bu gün Azərbaycanda 80-dən çox siyasi məhbus var. Ölkəmiz siyasi məhbusların sayına görə dünyada lider ölkələr sırasındadır.
Siyasi məhbus problemi Azərbaycan üçün milli təhlükəsizlik məsələsinə çevrilib.
Bu problemin mövcudluğuna görə Avropa Şurası ölkəmizdə siyasi məhbusların vəziyyətinin tədqiq olunmasının vacibliyi barədə qərar qəbul edib.
ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycan hökumətinə qarşı sanksiyalar haqqında qanun layihəsi qəbul olunub. Bu layihə Konqresin təsdiqinə verilib.
Siyasi məhbus problemi beynəlxalq aləmdə Azərbaycanın iştirakı ilə aparılan bütün proseslərdə mövqeyimizi zəiflədir. Bu, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi prosesinə də aiddir.
Hakimiyyət indiki siyasi şəraitdə, cəmiyyətin, demokratik təşkilatların, siyasi partiyaların və beynəlxalq təşkilatların davamlı səylərinə məhəl qoymur, əksinə siyasi məhbusların sayının artması prosesi davam edir.
Ölkə rəhbərliyi tərəfindən son illərfə verilən əfv fərmanları bir qayda olaraq siyasi məhbus problemini həll etməyib.
Müsavat Partiyası Azərbaycan hakimiyyətini yeni təqvim ili ərəfəsində, xalqımızın milli həmrəylik günü münasibətilə veriləcək əfv fərmanı ilə Azərbaycan üçün milli təhlükəsizlik probleminə çevrilmiş, dünya birliyi qarşısında ölkəmizin imicinin kəskin pisləşməsinə səbəb olmuş siyasi məhbus problemini birdəfəlik həll etməyə çağırır.

23 dekabr 2015-ci il
MSDM Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibətilə konfrans keçirəcək
Tarixini bilməyən xalq gələcəyini müəyyənləşdirə
bilməz!
MSDM sizi birlikdə düşünməyə dəvət edir!
Həmrəylik Gününü hamımız eyni cür düşünməklə deyil, bir yerdə düşünməklə qeyd edək!
Həmrəylik Gününü hamımız eyni cür düşünməklə deyil, bir yerdə düşünməklə qeyd edək!
Milli Strateji Düşüncə Mərkəzi Dünya
Azərbaycanlıları Həmrəylik Günü münasibətilə konfrans keçirəcək. Konfransda
“Milli kimlik: Urmu nəzəriyyəsi” mövzusunda professor Firudin Cəlilovun məruzəsi
dinləniləcək.
Hörmətli alimimizin nəzəriyyəsini
bilməyənləri dinləməyə, bəyənənləri dəstək verməyə, bəyənməyənləri opponentliyə
dəvət edirik. Xalqımızın tarixi ilə maraqlanan hər kəsi, xüsusən ziyalıları,
mütəxəssisləri, gəncləri və media təmsilçilərini dəvət edirik.
Konfrans Müsavat Partiyasının mərkəzi
qərargahında 25 dekabr saat 16.00-da
başlayacaq.
Müsavat Partiyası İlham Əliyev hökumətindən hesabat verməsini tələb edir. (BƏYANAT)
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən xalq qarşısında hesabat verməyi tələb etdi
Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində müəyyən edilib. Azərbaycan hakimiyyəti xalqı aldatma yolu ilə heç bir devalvasiya olmayacağını bildirməklə, rəsmi şəxslər tərəfindən manatın üzən kursa keçdiyini bəyan etməklə, cəmiyyətdə manatın tədricən ucuzlaşacağı qənaəti formalaşdırdı. Bundan sonra bir ildə ikinci dəfə manatın təsəvvür edilməyəcək dərəcədə uculaşdırmaqla xalqın onsuz da çətin olan maddi və sosial vəziyyətinə təkrar ağır zərbə vurdu.
Müsavat Partiyası 2015-ci ildə ikinci dəfə baş verən devalvasiyanı xalqa qarşı növbəti soyğunçuluq hesab edir. Mərkəzi Bankın xalqın həyat səviyyəsinə, insanların maddi durumuna böyük zərbə vuran bu qərarını müxtəlif absurd əsaslarla izaha etməyə çalışmasını Azərbaycan hakimiyyətinin öz uğursuz iqtisadi siyasətini ört-basdır etmək cəhdi kimi qiymətləndirir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətinin bu yanlış iqtisadi siyasətinin onsuz da çətin durumda olan xalqın rifahına böyük zərbə olduğu qənaətindədir. Azərbaycan hakimiyyətinin bu qərarı korrupsiya və monopoliyadan kifayyət qədər sarsılmış ölkə iqtisadiyyatını daha da çökdürəcək.
Bu iqtisadi siyasət son illərin ən ağır dövrünü yaşayan orta və kiçik sahibkarlığın sıradan çıxmasına səbəb olacaq. Ən əsası isə ərzaq, geyim və digər zəruri tələbat mallarında ciddi qiymət artımı olacaq ki, bu da indiki halda insanların minimum yaşam ehtiyaclarının təmin olunmasına imkan verməyəcək.
Müsavat Partiyası manatın bir ildə ikinci dəfə ABŞ dollarına nisbətdə 47 faiz ucuzlaşması haqqında Mərkəzi Bankın verdiyi qərarını hökümətin iqtisadi siyasətinin iflası, iqtisadi problemləri həll etmək iqtidarında olmaması kimi dəyərləndirir. Digər sahələrdə olduğu kimi maliyə sahəsində də hakimiyyətin proqnozlaşdırma işini düzgün qura bilmədiyinin bariz nümunəsidir.
İlin əvvəlindən bu günə kimi ABŞ dollarının manata nisbətdə iki dəfə bahalaşdığını nəzərə alaraq, düzgün iqtisadi siyasət yürütməklə, manatı sərbəst buraxmaqla xalqın milyardlarına qənaət etmək olardı.
Müsavat Partiyası bütün baş verənləri diqqətlə izləməklə yanaşı tələb edir ki, maliyə sahəsində baş verən bu yarıtmaz fəaliyyət ciddi araşdırılmalı, məsuliyyətsiz maliyyə siyasəti yeridən, həmçinin ölkə iqtisadiyyatını bu ağır duruma salan sələhiyyətli şəxslər cinayət məsuliyyətinə cəlb edilsin. İl ərzində manatın 2 dəfədən çox ucuzlaşmasına baxmayaraq "milli valyutanın kursunun qorunması" adıyla xərclənən milyardlarla bağlı izahat verilsin.
Müsavat Partiyası İlham Əliyev hökumətindən ağır nəticələrə səbəb olan məsuliyyətsiz iqtisadi siyasətə görə xalq qarşısında hesabat verməsini tələb edir.
23 dekabr 2015-ci il
Müsavat Partiyasının
BƏYANATI
BƏYANATI
Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində müəyyən edilib. Azərbaycan hakimiyyəti xalqı aldatma yolu ilə heç bir devalvasiya olmayacağını bildirməklə, rəsmi şəxslər tərəfindən manatın üzən kursa keçdiyini bəyan etməklə, cəmiyyətdə manatın tədricən ucuzlaşacağı qənaəti formalaşdırdı. Bundan sonra bir ildə ikinci dəfə manatın təsəvvür edilməyəcək dərəcədə uculaşdırmaqla xalqın onsuz da çətin olan maddi və sosial vəziyyətinə təkrar ağır zərbə vurdu.Müsavat Partiyası 2015-ci ildə ikinci dəfə baş verən devalvasiyanı xalqa qarşı növbəti soyğunçuluq hesab edir. Mərkəzi Bankın xalqın həyat səviyyəsinə, insanların maddi durumuna böyük zərbə vuran bu qərarını müxtəlif absurd əsaslarla izaha etməyə çalışmasını Azərbaycan hakimiyyətinin öz uğursuz iqtisadi siyasətini ört-basdır etmək cəhdi kimi qiymətləndirir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətinin bu yanlış iqtisadi siyasətinin onsuz da çətin durumda olan xalqın rifahına böyük zərbə olduğu qənaətindədir. Azərbaycan hakimiyyətinin bu qərarı korrupsiya və monopoliyadan kifayyət qədər sarsılmış ölkə iqtisadiyyatını daha da çökdürəcək.
Bu iqtisadi siyasət son illərin ən ağır dövrünü yaşayan orta və kiçik sahibkarlığın sıradan çıxmasına səbəb olacaq. Ən əsası isə ərzaq, geyim və digər zəruri tələbat mallarında ciddi qiymət artımı olacaq ki, bu da indiki halda insanların minimum yaşam ehtiyaclarının təmin olunmasına imkan verməyəcək.
Müsavat Partiyası manatın bir ildə ikinci dəfə ABŞ dollarına nisbətdə 47 faiz ucuzlaşması haqqında Mərkəzi Bankın verdiyi qərarını hökümətin iqtisadi siyasətinin iflası, iqtisadi problemləri həll etmək iqtidarında olmaması kimi dəyərləndirir. Digər sahələrdə olduğu kimi maliyə sahəsində də hakimiyyətin proqnozlaşdırma işini düzgün qura bilmədiyinin bariz nümunəsidir.
İlin əvvəlindən bu günə kimi ABŞ dollarının manata nisbətdə iki dəfə bahalaşdığını nəzərə alaraq, düzgün iqtisadi siyasət yürütməklə, manatı sərbəst buraxmaqla xalqın milyardlarına qənaət etmək olardı.
Müsavat Partiyası bütün baş verənləri diqqətlə izləməklə yanaşı tələb edir ki, maliyə sahəsində baş verən bu yarıtmaz fəaliyyət ciddi araşdırılmalı, məsuliyyətsiz maliyyə siyasəti yeridən, həmçinin ölkə iqtisadiyyatını bu ağır duruma salan sələhiyyətli şəxslər cinayət məsuliyyətinə cəlb edilsin. İl ərzində manatın 2 dəfədən çox ucuzlaşmasına baxmayaraq "milli valyutanın kursunun qorunması" adıyla xərclənən milyardlarla bağlı izahat verilsin.
Müsavat Partiyası İlham Əliyev hökumətindən ağır nəticələrə səbəb olan məsuliyyətsiz iqtisadi siyasətə görə xalq qarşısında hesabat verməsini tələb edir.
23 dekabr 2015-ci il
Подписаться на:
Сообщения (Atom)