понедельник, 27 августа 2012 г.

Fərsiz oğula ümumilli arzular silsiləsindən(Emin Milliyə debat əvəzi)

            Bir qohumum var idi. Tüfeyli həyat tərzi sürürdü(dünyasını dəyişib deyə adını hallandırmıram). Atası şox tanınmış həkim idi. Elmi nailiyyətləri də var idi. Amma oğlunun dərdinə, onun xətalı  aludəçiliynə dərman tapa bilmirdi. Sovet dönəminin gənci olan qohumum dünya malından qətiyyən korluq çəkmirdi. Camaat at-arabası sürəndə bu "uşaq dəbdəbəli "Volqa"da gəzirdi. Tibb universitetini yarımçıq atıb Rusyada hüquq fakultəsinə düzəldi. Amma sonda "prokuror" olmaq xülyası da 3-cü kursda sabun kpüyü kimi partladı. Xülasə, adam nihilizmin son həddindən də yuvarlanıb cəmiyyətin "zibilliyinə" düşməkdə idi. Bir gün onların  ata-bala mübahisələrinin şahidi oldum. Atanın "niyə belə edirsən, niyə iş tapıb işləmirsən?" deyibən deyinməsinə oğul heç dəxli olmayan bir cavab verdi: "Sən çox aktivsən, sənə baxıb işləyə bilmirəm."
          Hər dəfə  kimisə - konkret olaraq İsa Qəmbəri geri çəkilməyə, meydanı boşaltmağa səsləyənləri görəndə yadıma həmin hadisə düşür. Sanki İsa Qəmbər dünyanın oksigen balonuna nəzarət edir, insanları nəfəs almağa qoymur, etiraz səsini əllərindən alıb. Əfəndilər, bəylər və yoldaşlar! İsa Qəmbərin siyasi arenadan çəkilməyini istəyənlər önə çıxıb, cəmiyyətə mesajını verib liderlik iddiasını önə qoyaraq bu mənfur YAP rejiminin üstünə getməlidilər. Milləti bu bəladan qurtarmaq üçün siyasi mesajlar verib insanları toparlamalıdılar. Yuxusunu pis görüb elə yerin içindən yanındakı notebookdan "İsa Qəmbər getsin!", "Əli Kərimli çəkilsin!" kimi tezislər, şüarlar irəli sürüb yenidən yuxuya getməklə nəyəsə nail ola bilməyəcəksiniz. Lap, tutalım, razılaşdıq, İ. Qəmbər getsin. Siz deyən olsun. Amma siz gəlin ki, İsa Qəmbər getsin. Bir evdən bayıra çıxın. Həbs siyasi etapdır. keçiləsidir. Həbsdən çıxıb dünya aləmi qınağa çevirib "dağlara çəkilmək" prioritet deyil. İş görmək lazımdır. Bəxtiyar Hacıyev dəqiq qeyd edib: "Yaxın zamanlarda Azərbaycanda demokratik dəyişikliklər görsənmir". Görsənməyəcəkdə. dəyişikliklərə zəmin ictimaiyyətləşmiş gənclik olmalıdır. Amma barmaqla sayılacaq qədər siyasiləşmiş gənclərdən savayı heç kim heç nə ilə məşğul deyil. Bəyənmək istəmədiyiniz İsa Qəmbər özü sizi aktivliyə, önə çıxmağa çağırır. Bəziləri populizmlə məşğuldu, bəzilər isə heç onunla da məşğul deyil. "Allahdan buyruq, ağzıma quyruq" prinsipi ilə yaşayırlar. İsa Qəmbəri yerini başqalarına verib getməyə çağıranlara isə ən gözəl cavab gənc və son dərəcə aktiv müsavatçı xanım Yeganə Hacıyevadan gəldi:"Siyasət avtobus deyil durub yerini kiməsə verəsən,bacaran yerini tutsun, bacarmayansa sussun, lutfən ama!"