Müsavat funksionerləri hadisə ilə bağlı Bakıya qayıdan kimi partiyanın qərargahında toplantı keçirdilər. Çıxış edən Müsavat başqanı İsa Qəmbər bu olaya görə hakimiyyətin cavab verəcəyini bildirdi: “Lənkəran təşkilatının 20 illik yubileyi ilə bağlı təşkil olunan tədbirə gedirdik. Şəhərin girəcəyində bir neçə maşın qarşımızı kəsdilər. Onlar arasında idmançılar, qadınlar da var idi. Mənə əlləri çatmadı amma, dostlarımıza qarşı fiziki zor tətbiq etdilər. Maşınlarımıza ciddi xəsarət dəydi. Bütün bu hadisələr polis əməkdaşlarının gözü qarşısında oldu. Hətta üstümüzə “Kamaz” da sürdülər. Sakit və iradəli gedişimiz nəticəsində Bakıya sağlam döndük”.
Müsavat başqanı bildirdi ki, Bu məslənin üstünə gediləcək: “Bu hadisə Bakıdan idarə olunub. Hakimiyyət bilməlidir ki, bu cür üsullarla bizi yolumuzdan döndürə bilməz. Biz bu oğru hakimiyyətdən iqtidarı alıb, xalqa verəcəyik. Bu hadisə hakimiyyətin simasını nümayiş etdirdi. Bu məsələyə verdiyiniz önəm göstərdi ki, hakimiyyət çox böyük səhv edib. Bu hadisə mübarizədə əzmimizi artıracaq. Hakimiyyət isə buna görə cavab verməli olacaq”.
Qeyd edək ki, sabah Müsavat Partiyasının qərargahında hadisə ilə bağlı mətbuat konfransı keçiriləcək.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir
Fotolar müəllifindir

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)