пятница, 28 ноября 2014 г.

Etirazlı yollarla

Azərbaycanda keçirilən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən tamaşadan bir səhnəyə rejissor Elvin Adıgözəl etiraz edib. Xəbəri www.qafqazinfo.az saytıhdan oxudum. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə açıq məktubla müraciət edən E. Adıgözəl yazır: Cənab nazir Əbülfəs Qarayev! Azərbaycanda keçirilən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən tamaşaya baxmağa getdim. Bu tamaşaya baxarkən çox pis oldum və Azərbaycan millətinin təhqir olunmasının şahidi oldum. Sanki Ankara Dövlət Teatrı Azərbaycana məhz bu milləti təhqir etmək üçün gəlmişdi. Tamaşa zamanı səhnədə olan aktyor, “Abi, biz azəriləri yanımızda ucuz işçi kimi işlədirik, deməli, bizi də xaricdə elə işlədəcəklər?"; “Abi, bizə görə hansı millətlər 2-ci kateqoriyadır? Bizdən şərqdə olanlar... Azərilər, iranlılar və s.” kimi cümlələr istifadə olundu. Hətta bununla kifayətlənmədilər. Tamaşa zamanı aktyor yüksək səslə dedi ki, “güc kimdədirsə, o üstündür. Yəni minən var və əzilən var” mənasında”.
Hörmətli rejjisorumuz nəyə etiraz edir? Səhnədə səsləndirilən həqiqətə? Bəyəm o bilmir ki, öz ölkəsində iş tapa bilməyən azərilər Rusiyada, Türkiyədə ucuz əmək qüvvəsi kimi  çalışırlar? Yoxsa bu həqiqəti dilə gətirmək sərf etmir, eləcə "Buqələmun" olmaq,  psevdoziyalı obrazına girmək daha sərfəlidir? İnsanlar həm də işsizlikdən qaçmırlar ki ölkədən, çox hörmətli Elvin bəy. Azad söz ölkədə bir yaşam delikotesinə çevrilib. Və insanlar burda susqun məmur olmaqdansa, xaricdə azad fəhlə olmağı üstün tuturlar.
Etirazı nəyə edirsən, müəllim? Reallıq nə qədər acı olsa da reallıqdır. Bu ölkədə iş də yoxdur, azadlıq da. Bu ölkədə dəyər də yoxdur, çünki dəyərlə yaşayanları təqib edirlər, həbs edirlər. Bu ölkədə haqq-ədalət sözünü dilinə gətirənləri lağa qoyurlar, rüşvət almayana anormal kimi baxırlar, bir vaxtlar məğrurcasına kişiliyi tərənnüm edən qafqazlı, türk kişisi bu gün "... kişi qaldı 41-45-də" deyib özünə lağ edir. Rəzalətin son mərhələsi yani. Siz də mətləb tapmısız etiraz etməyə.
 Yox əgər etiraz etmək fikrinizdən keçirsə ziyalılığınızı, nüfuzunuzu ortaya qoyun, dediyim kimi, azadlıqlarının məhdudlaşdırılmasına etiraz edin, həbsdə yatan günahsız siyasətçi, jurnalist, hüquq müdafiəçiləri, dindarların haqqının tapdanmasına etiraz edin. Heç olmasa beynəlxalq festivallarda uğur qazanış çəkdiyiniz filmin niyə hələ də Azərbaycanda geniş tamaşaçı kütləsinə tanış olmamasını sorun. Ya da sadəcə susun. Çünki bu ölkədə nəyəsə etiraz edənlər təqib olunur.
P. S. Bir sinif yoldaşım var. Uzun illərdir ölkədə yaşamır. Çox istedadlı insandı. Qələmi əlinə götürdüsə bir cümlə də yazmış olsa şedevr yaradacaq. Məktəbdə oxuyanda müəlliməmiz israrla onun jurnalistikaya üz tutmasını tələb edirdi. Dediyim kimi, uzun müddətdir Rusiyada yaşayır və tikintidə çalışır. Həyatından razıdır Sadəcə vətəndən ötrü darıxır, amma gəlmək də istəmir. Bilirsiz niyə xatırladım onun haqqında? Bir neçə gün əvvəl "skype" vasitəsilə bir xeyli söhbətləşdik. Söhbət əsnasında dedi ki, ev sahibinin məktəbli qızı xahiş edib oda qızın yerinə  müsabiqə üçün inşa yazıbmış. Və... inşa müsabiqənin qalibi olub. Bu da sizə ucuz əmək qüvvəsi olan azəri.

P. P. S. Elvin bəy, 10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. 1948-ci il 10 dekabrda BMT tərəfindən “İnsan hüquqları haqqında ümumi deklarasiya” qəbul olunub. 1950-ci ildən başlayaraq 10 dekabr Beynəlxalq İnsan Haqları günü kimi qeyd edilir...


"Nereye"
"Nereye"

суббота, 22 ноября 2014 г.

Vurğun Əyyuba cavabsız suallar silsiləsindən

Vurğun bəy Meydan TV- yə müsahibə verib , qarma-qarışıq cavablar olsa da, amma diqqəti cəlb edən maraqlı fikirlər səsləndirib. Bir çox hallarda öz dediklərini özü inkar edir, bununla işimiz yox.

вторник, 21 января 2014 г.

365 gün matəm


           Bu gün bir dəstə insan şüvən qoparıb 20 yanvar günü toy edənləri, orda iştirak edən qonaq və artistləri qınayırlar. Amma mən qınamıram...


             Son 20 il ərzində başımıza gəlməyən müsibətlər, psixoloji travmalar qalmayıb. Millət üçün az qala hər gün bir faciədir. Atəşkəs dövrü ölən və öldürülən hərbi qulluqçularımızın, Azərbaycan mehmetçiyinin ölüm sayı az qala döyüşdə ölənlərə yaxınlaşıb. Matəm matəm içində. Dini matəm, milli matəm, işğal günləri. bu tərəfdən də tutub üzümüzü güldürəcək xoş günləri ləğv etdilər. Müstəqilliyimizi qeyd etmirik, dirçəlişimiz ölü doğulub, Konstitusiyamız yazılmamış qanunlar qarşısında dizin yerə atıb. 15 iyunda qurtulan 91 nədərdən yarısı qəbirdə, türmədə, bir hissəsi də qurtulduğu günə lənət yağdırır o da ürəyində. İçindəki qorxu Allah xofundan güclüdür, ona görə. Heç bəlkə də o xof onda anadangəlmə olmayıb, amma ola bilsin ki Məkkəni ziyarət edib, həci olub.
            Dediyim kimi, toplum matəm günlərinin sayın itirib. Ölkə boyu toylarda ruhaniyə oynamayan bir Qazax-Tovuz-Ağstafa zonası qalıb ki, o da adət üzrə bunu etmir. Cümlə aləm öz dərdinə sarılıb arsız-arsız oynayır. Toyu da matəm kimidi. Bircə ümidi atılan nəmərədi ki, qonaqlarına nisyə yedirtdiyi, "qonşudan dala qalma" qidaların pulunu verə bilsin.
           Ölkədə hər nə varsa inhisara alınıb, bilirsiz. Hər nə varsa. bunu boş yerə qeyd etmədim. Bircə matəmlər qalmışdı. Ümumi dəyərimiz 20 yanvar qalmışdı. İndi onu da inhisara alıblar. Kimin nə boyda çələng qoymasını, yaxud ümumiyyətlə qoymamasını müəyyən edirlər artıq. Məntiqə əsaslanan söz demək mümkün deyil bu yerdə. Sadəcə iyrəncdir. Və bu artıq bizim ehtiramlı 20 yanvar deyil. Bu artıq kimlərinsə pokazuxası, vətənşüvənliyidi. Şəhidlərimizi də ucuzlaşdırırlar. Və belə olan halda nə dəxli var kim nə vaxt toy ləyir? Onsuz da 365 günlük zəlalət matəmindəyik.
          Amma 20 yanvar 1990-cı ili heç vaxt unutmayacam. 8-ci sinifdə oxuyurdum. Mənim üçün faciə kimya müəlliməmin ağlaya-ağlaya birinci saata girməsi və Bakının qana boyanmasını bəyan etməsi oldu... 

воскресенье, 12 января 2014 г.

Adsız cavab və ya qəlbi məhbus analar

           

          İlkin Rüstəmzadənin "Azadlıq" qəzetindəki "Adsız yazı"sını bu məqama kimi oxudum və sonra oxumaq istəmədim, şərh etmək istədim: "...Qarabağ qazisinin özünü yandırmasından yazmaq barədə də fikirləşirdim. Alınmadı. Nə yazasan? Bir-iki topa pul atdılar ortaya, millətin “tısı-pısı” yatdı. Mən azyaşlı uşaqlarla ailə başçısız qalmış qadını qınamaq istəmirəm..."

           Amma, İlkin bəy, qınamalıyıq axı. Bizim insanı şəhadət üçün böyütməyə cəsarət etməyən, əsgərlikdən sandıqda gizlədən, hərbi hissədə döyülərək öldürülmüş oğlunun susmaqla, ərini, qardaşını, qaynını, nə bilim daha kimlərini işdən çıxararlar, şərləyib tutacaqlar deyə, qanını batıran, bir çox hallarda mənəvi həqiqəti pul qarşılığında qəlbinin dərinliyinə gömən anaları qınamalıyıq axı.
          Bəzən mənə elə gəlir ki, II Cahan Müharibəsində SSRİ-yə qələbə çalmaqda yardımçı olan qəzəbli baxışlarla barmağın sovet insanına tuşlayan şəkildəki ana obrazı oldu. O obraz bizdə yoxdu. Nə də müharibə dövründə yox idi. Bəlkə də var idi, amma o da Qorkinin Dankosunun aqibətin yaşadı.
             Eh, əzizim, İlkin bəy, danışılası dərd deyil. Ölkədə divarın hər tərəfi türmədi. Allah bu millətin qapısın açsın!