вторник, 21 января 2014 г.
365 gün matəm
Son 20 il ərzində başımıza gəlməyən müsibətlər, psixoloji travmalar qalmayıb. Millət üçün az qala hər gün bir faciədir. Atəşkəs dövrü ölən və öldürülən hərbi qulluqçularımızın, Azərbaycan mehmetçiyinin ölüm sayı az qala döyüşdə ölənlərə yaxınlaşıb. Matəm matəm içində. Dini matəm, milli matəm, işğal günləri. bu tərəfdən də tutub üzümüzü güldürəcək xoş günləri ləğv etdilər. Müstəqilliyimizi qeyd etmirik, dirçəlişimiz ölü doğulub, Konstitusiyamız yazılmamış qanunlar qarşısında dizin yerə atıb. 15 iyunda qurtulan 91 nədərdən yarısı qəbirdə, türmədə, bir hissəsi də qurtulduğu günə lənət yağdırır o da ürəyində. İçindəki qorxu Allah xofundan güclüdür, ona görə. Heç bəlkə də o xof onda anadangəlmə olmayıb, amma ola bilsin ki Məkkəni ziyarət edib, həci olub.
воскресенье, 12 января 2014 г.
Adsız cavab və ya qəlbi məhbus analar
İlkin Rüstəmzadənin "Azadlıq" qəzetindəki "Adsız yazı"sını bu məqama kimi oxudum və sonra oxumaq istəmədim, şərh etmək istədim: "...Qarabağ qazisinin özünü yandırmasından yazmaq barədə də fikirləşirdim. Alınmadı. Nə yazasan? Bir-iki topa pul atdılar ortaya, millətin “tısı-pısı” yatdı. Mən azyaşlı uşaqlarla ailə başçısız qalmış qadını qınamaq istəmirəm..."
Amma, İlkin bəy, qınamalıyıq axı. Bizim insanı şəhadət üçün böyütməyə cəsarət etməyən, əsgərlikdən sandıqda gizlədən, hərbi hissədə döyülərək öldürülmüş oğlunun susmaqla, ərini, qardaşını, qaynını, nə bilim daha kimlərini işdən çıxararlar, şərləyib tutacaqlar deyə, qanını batıran, bir çox hallarda mənəvi həqiqəti pul qarşılığında qəlbinin dərinliyinə gömən anaları qınamalıyıq axı.
Bəzən mənə elə gəlir ki, II Cahan Müharibəsində SSRİ-yə qələbə çalmaqda yardımçı olan qəzəbli baxışlarla barmağın sovet insanına tuşlayan şəkildəki ana obrazı oldu. O obraz bizdə yoxdu. Nə də müharibə dövründə yox idi. Bəlkə də var idi, amma o da Qorkinin Dankosunun aqibətin yaşadı.
Eh, əzizim, İlkin bəy, danışılası dərd deyil. Ölkədə divarın hər tərəfi türmədi. Allah bu millətin qapısın açsın!
Подписаться на:
Сообщения (Atom)
