суббота, 30 октября 2010 г.

Pənah Hüseyn və YAP-a yarınan namizədlər I və II hissələr


Pənah Hüseyn və YAP-a yarınan namizədlər I və II hissələr

среда, 20 октября 2010 г.

İBRƏTAMİZ ƏHVALAT



Mənim babam dövrün tanınmış və sayılıb-seçilən pedaqoqlarından olub. Bu gün də Əlövsət müəllimin adı ehtiramla yad edilir. İbrətamiz və məntiqli kəlamları əhali arasında hələ də işlənməkdədir. 
      Bir gün babam işdən gələrkən küçədə oynayan və hər gün ona həvəslə salam verən qonşu uşaqlarının ona salam vermədiyini hiss edir. Səhərisi gün uşaqların atasını görüb deyir, bəs ayıb deyil, keçən gecə evdə arvad-uşağın yanında mənim haqqımda qeybət etmisən. Qonşu pərt olur və müəllimə nə haqla onun evini pusduğunu soruşur. Babam gülümsəyərək bildirir ki, evi pusmayıb, sadəcə olaraq uşaqların bircə gün ona salam vermədiyindən anlayıb bu olayı. Qonşu babamdan üzr istəyib.
Beləliklə, bu gün əgər hansısa adını dost, silahdaş qoymuş bir siyasi cocuq, proseslərdən baş çıxarmayan biri, durub Müsavatı hakimiyyətlə işləməkdə günahlandıraraq tənə vurursa mütləqdir ki, bu onun siyasi atalarından eşitdiyi qeybətin nəticəsidir.