понедельник, 27 августа 2012 г.

Fərsiz oğula ümumilli arzular silsiləsindən(Emin Milliyə debat əvəzi)

            Bir qohumum var idi. Tüfeyli həyat tərzi sürürdü(dünyasını dəyişib deyə adını hallandırmıram). Atası şox tanınmış həkim idi. Elmi nailiyyətləri də var idi. Amma oğlunun dərdinə, onun xətalı  aludəçiliynə dərman tapa bilmirdi. Sovet dönəminin gənci olan qohumum dünya malından qətiyyən korluq çəkmirdi. Camaat at-arabası sürəndə bu "uşaq dəbdəbəli "Volqa"da gəzirdi. Tibb universitetini yarımçıq atıb Rusyada hüquq fakultəsinə düzəldi. Amma sonda "prokuror" olmaq xülyası da 3-cü kursda sabun kpüyü kimi partladı. Xülasə, adam nihilizmin son həddindən də yuvarlanıb cəmiyyətin "zibilliyinə" düşməkdə idi. Bir gün onların  ata-bala mübahisələrinin şahidi oldum. Atanın "niyə belə edirsən, niyə iş tapıb işləmirsən?" deyibən deyinməsinə oğul heç dəxli olmayan bir cavab verdi: "Sən çox aktivsən, sənə baxıb işləyə bilmirəm."
          Hər dəfə  kimisə - konkret olaraq İsa Qəmbəri geri çəkilməyə, meydanı boşaltmağa səsləyənləri görəndə yadıma həmin hadisə düşür. Sanki İsa Qəmbər dünyanın oksigen balonuna nəzarət edir, insanları nəfəs almağa qoymur, etiraz səsini əllərindən alıb. Əfəndilər, bəylər və yoldaşlar! İsa Qəmbərin siyasi arenadan çəkilməyini istəyənlər önə çıxıb, cəmiyyətə mesajını verib liderlik iddiasını önə qoyaraq bu mənfur YAP rejiminin üstünə getməlidilər. Milləti bu bəladan qurtarmaq üçün siyasi mesajlar verib insanları toparlamalıdılar. Yuxusunu pis görüb elə yerin içindən yanındakı notebookdan "İsa Qəmbər getsin!", "Əli Kərimli çəkilsin!" kimi tezislər, şüarlar irəli sürüb yenidən yuxuya getməklə nəyəsə nail ola bilməyəcəksiniz. Lap, tutalım, razılaşdıq, İ. Qəmbər getsin. Siz deyən olsun. Amma siz gəlin ki, İsa Qəmbər getsin. Bir evdən bayıra çıxın. Həbs siyasi etapdır. keçiləsidir. Həbsdən çıxıb dünya aləmi qınağa çevirib "dağlara çəkilmək" prioritet deyil. İş görmək lazımdır. Bəxtiyar Hacıyev dəqiq qeyd edib: "Yaxın zamanlarda Azərbaycanda demokratik dəyişikliklər görsənmir". Görsənməyəcəkdə. dəyişikliklərə zəmin ictimaiyyətləşmiş gənclik olmalıdır. Amma barmaqla sayılacaq qədər siyasiləşmiş gənclərdən savayı heç kim heç nə ilə məşğul deyil. Bəyənmək istəmədiyiniz İsa Qəmbər özü sizi aktivliyə, önə çıxmağa çağırır. Bəziləri populizmlə məşğuldu, bəzilər isə heç onunla da məşğul deyil. "Allahdan buyruq, ağzıma quyruq" prinsipi ilə yaşayırlar. İsa Qəmbəri yerini başqalarına verib getməyə çağıranlara isə ən gözəl cavab gənc və son dərəcə aktiv müsavatçı xanım Yeganə Hacıyevadan gəldi:"Siyasət avtobus deyil durub yerini kiməsə verəsən,bacaran yerini tutsun, bacarmayansa sussun, lutfən ama!"

четверг, 2 августа 2012 г.

48 mlrd-lıq oğurluğa 48 mln-luq baxış

            Ölkə miqyasında 48 milyard oğurlayırlar, Sabirabad miqyasında 48 milyon. Kim harda bacarır oğurlayır. 
            Sabirabadın abadlıq və quruculuq işlərinə, kanalizasiya sisteminnin qurulmasına ayrılmış bu pul vəhşicəsinə talan edilir. Və bu qədər görüləcək işin əvəzinə gül kimi mərkəzi meydanı dağıdıb yenidən tikirlər. Axcı kiməsə görülən iş barədə nəsə göstərmək lazımdı. Ən yaxşısı mərkəzi meydandı. Köhnə, amma yenicə təmirdən çıxmış fəvvarəni sökürsən, ətrafı xaraba qoyursan və yerində yeni 80 metr uzunluğunda fəvvarə tikib H. Əliyevin heykəlin qoyursan. Vəssalam. 48 milyon tamam.
              Azərbaycan məmurları durmadan acgözləşir və aqressivləşir. Bu daxili bir təlaşdan xəbər verir. İlk baxışdan cəmiyyət gözgörəti oğurluqlara, abadlıq şoularına hələ ki, susqun reaksiya verir. Son bir ay ərzində Azərbaycanın cənubundan şimalına kimi 15 rayon gəzmişəm. Bütün rayonlarda eyni ssenari, eyni şou: ətraf qazılıb, tökülüb, hərəkət məhdudlaşdırılıb. Yollar, səkilər o qədər bərbaddır ki, evdən çıxıb çayxanaya, şəhər mərkəzinə belə getməyə tənbəllik edirsən. Hətta camaat arasında söz gəzməyə başlayıb ki, guya bu qazıntı-dağıntı işləri insanların toplaşa bilməməsi üçün, mitinqə getmək imkanının məhdudlaşdırılması üçün edilir. Bu adi bir söz-söhbət ola bilər, amma hər bir uydurmanın, nağılın həqiqət tərəfi var. Məmurların aqressiv şəkildə büdcəni talaması buna sübutdur. Siçovullar gəmini gəmirir. Bir də görəcəyik qaçmağa başlayıblar. Biz cəmiyyətdə olan etirazı yelkənə çevirib gəmini xilas etməliyik.

среда, 1 августа 2012 г.

Olimpiya qovğası

        Bəzilərinin iddia etdiyi kimi bunları sevinərək deyil, yanaraq yazıram.         
        Bir ölkədəki idman yarışları kağız üzərində keçirilir, idman məktəblərinin 80-90% yalnız rəsmiyyətdə mövcuddur, Olimpiya İdman Komplekslərindən konslaqer kimi istifadə olunur( hüquq müdafiəçisi İlham Əmiraslanovun qulaq pərdəsin məhs OİK binasında vurub partyladbılar) idmanı elə bu səviyyədə olmalıdır. 
        Deməli bir neçə ay əvvəl 22-3 yaşlarında bir gənc 20X20 sm dəlikdən mağazaya daxil olaraq oğurluq etmişdi. Əvvəl inanmadıq o dəlikdən keçə bilməsinə. Amma həbs edildikdən sonra hadisə yerinə baxış keçirilərkən məharətini nümayiş etdirdi. Onu yalnız oğurladıqları mobil telefon konturlarını istifadə etdikdən sonra aşkarlayıb tuta bilmişdilər. Amma bu məharətlə o, oğurlamağa məhkum olunmuş Azərbaycan gənci, ağız dolusu söylənilən dövlət qayğısı görsəydi perspektivli bir idmançı ola bilərdi. Hətta olimpiya çempionu olub Londonda bayrağımızı dalğalandırardı. Onu arayıb axtaran olmayıb deyə bu hala düşüb. Onu arayıb axtarmadığına görə idman sahələrinə sorumlu məmurlar külli miqdarda pulu sözün əsl mənasında çölə töküb xaricdən ikinci, üçüncü sortlu idmançılar gətirirlər. Yüngül atlet istedadına malik gənc isə həbsdə oturacaq. Heç ağına da gəlməyəcək ki, onunla birgə onu bu hala salanlar da həbsdə olmalıdır. O bunu bilmir.