Zamin Hacı
“Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotiklər deyilir. Müasir dövrdə narkotiklərin siyahısına 130 növ maddə aiddir. Narkotik vasitələr insan orqanizminə müxtəlif yollarla daxil edilir.
1. Hind çətənəsi (kannabis, konoplya, həşiş, marixuana) - bu bitkidən alınan preparatların əslində çox yaxşı təsirləri vardır: bəd xassəli şişləri dağıdır, mikrobları məhv edir, gözdaxili təzyiqi azaldır, ağrıları kəsir, ürəkbulanmanın və qıcolmanın qarşısını alır. Çətənədən hazırlanan maddələri həm qida ilə, həm də tütünə qarışdırıb çəkirlər. Xoş əhvaldan başqa çətənə yuxulu vəziyyət də yaradır...
2. Optialar (morfin və heroin). (burda da bütün istifadə və hazırlanma qaydaları öyrədilir- Z.H.)...
3. Amfetaminlər (ekstazi). Onlardan indi təbabətdə - psixiatriyada geniş istifadə edirlər. Ekstazi qeyri-rəsmi şəkildə istehsal edilən amfitamindir. Qəbuldan sonra insanda ruh yüksəkliyi yaranır, oyanıqlıq, fiziki qüvvənin artması müşahidə olunur. Ekstazi tabletkalarını qeyri-rəsmi olaraq diskotekalarda (!- Z.H.) satırlar. 1 tablet ekstazi 6-8 saat müddətinə rəqs etməyə imkan verir ...
4. Hallüsinogenlər. - ...
5. Kokain Boliviyada və Peruda yetişən Eritrosiklon Koka adlanan kolun yarpaqlarından alınır. İlk əvvəl ondan yalnız təbabətdə istifadə edirdilər. Kokaini burundan,venadaxili və dərialtı inyeksiyalar şəklində istifadə edirlər. Orqanizmə daxil olduqdan 1 saat sonra onun təsiri azalır və tükənir. Lakin bu müddətdə onu qəbul edən insanda bir çox hallar baş verir: əhval çox yüksəlir, cinsi fəallıq yüksəlir. Bir saatdan sonra isə əksinə, əhval korlanır..."
Hörmətli oxucular, yəqin, narkotiklər haqda bu uzun, az qala dərs vəsaitini, reklam broşürünü xatırladan hissəni oxuyandan sonra mənim havalandığımı zənn edəcəkdir. Ancaq tələsməyin. Bu, elə Misir Mərdanov yoldaşın hazırladığı dərs vəsaitindən götürülüb! Həmin yaraşıq kitabın adı tam şəkildə belədir:
“HƏYAT BACARIQLARINA ƏSASLANAN TƏHSİL” müəllimlər üçün tədris vəsaiti (X-XI siniflər), yenilənmiş və təkmilləşdirilmiş ikinci nəşri, Azərbaycan Respublikası Təhsil Nazirinin 3 oktyabr 2006-cı il tarixli, 718 №-li əmri ilə təsdiq edilmişdir. Çaşıoğlu-2007) . Bizim sitat dərsliyin 162-ci səhifəsindən götürülüb. (Faktı aşkar edən Azər İsmayıla təşəkkür).
Bir vaxt ümummilli əmimiz Cəlal Əliyev deputatxanada ANS kanalını söyərkən kristal kokainin əməllicə tərifini vermişdi, demişdi ki, bu, narkotiklər arasında ən bahalısıdır. Kimsə qəzetdə yazmışdı ki, görəsən, Cəlal əmi bunun ən bahalı olmağını hardan bilir, heç biz bilmirik belə şeylər var. (Müəllif özünü elə aparır ki, guya bunu özü yazmayıbmış - Müəllif).
İndi Misir Mərdanovun da müəllim və şagirdlərə bu cür “həyat bacarıqları” aşılaması sevindiricidir. (Nədir, yoxsa təhsil kimi mənasız şeyə görə dilxor olacağımı gözləyirdiniz? Cəhənnəmə olsun təhsil... Bu saat Azərbaycanı iki eşşəyin arpasını bölə bilməyənlər idarə edir). Çünki dərs vəsaitində hər bölmədən sonra bunu şagirdlərlə müzakirə etmək məsləhət görülür. Yuxarıdakı sitatdan göründüyü kimi, narkotiklər elə bəh-bəhlə təsvir olunub, adam az qala diskotekaya cummaq istəyir. Axı satış yeri də dərs vəsaitində nişan verilir!
Sonra da Məleykə Abbaszadə şikayətlənir ki, abituriyentlər qəbul imtahanında aşağı bal toplayır. Çətənənin təsiridir. Yuxu yaradırmış...
Müəllim və şagirdlərə həyat bacarıqlarına əsaslanan təhsil verməsi Misir Mərdanovun böyük xidmətidir. Uşaqları məktəbə göndərəndə bunu minnətdarlıqla yada salın.
Hərçənd, belə kitabdan sonra uşağın və müəllimin diskotekada rastlaşması daha ağlabatandır, nəinki məktəbdə.
Siz uşağı məktəbə yolladığınıza əminsinizmi? Yox? Kefinizi pozmayın, guya nə fərqi var...
Rəqs edin.