Azərbaycanda
keçirilən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram
Teatrında göstərilən tamaşadan bir səhnəyə rejissor Elvin Adıgözəl etiraz edib.
Xəbəri www.qafqazinfo.az saytıhdan oxudum. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə açıq
məktubla müraciət edən E. Adıgözəl yazır: “Cənab nazir
Əbülfəs Qarayev! Azərbaycanda keçirilən Türkiyənin Mədəniyyət Günləri
çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən tamaşaya baxmağa getdim.
Bu tamaşaya baxarkən çox pis oldum və Azərbaycan millətinin təhqir olunmasının
şahidi oldum. Sanki Ankara Dövlət Teatrı Azərbaycana məhz bu milləti təhqir
etmək üçün gəlmişdi. Tamaşa zamanı səhnədə olan aktyor, “Abi, biz azəriləri
yanımızda ucuz işçi kimi işlədirik, deməli, bizi də xaricdə elə
işlədəcəklər?"; “Abi, bizə görə hansı millətlər 2-ci kateqoriyadır? Bizdən
şərqdə olanlar... Azərilər, iranlılar və s.” kimi cümlələr istifadə olundu.
Hətta bununla kifayətlənmədilər. Tamaşa zamanı aktyor yüksək səslə dedi ki,
“güc kimdədirsə, o üstündür. Yəni minən var və əzilən var” mənasında”.Hörmətli rejjisorumuz nəyə etiraz edir? Səhnədə səsləndirilən həqiqətə? Bəyəm o bilmir ki, öz ölkəsində iş tapa bilməyən azərilər Rusiyada, Türkiyədə ucuz əmək qüvvəsi kimi çalışırlar? Yoxsa bu həqiqəti dilə gətirmək sərf etmir, eləcə "Buqələmun" olmaq, psevdoziyalı obrazına girmək daha sərfəlidir? İnsanlar həm də işsizlikdən qaçmırlar ki ölkədən, çox hörmətli Elvin bəy. Azad söz ölkədə bir yaşam delikotesinə çevrilib. Və insanlar burda susqun məmur olmaqdansa, xaricdə azad fəhlə olmağı üstün tuturlar.
Etirazı nəyə edirsən, müəllim? Reallıq nə qədər acı olsa da reallıqdır. Bu ölkədə iş də yoxdur, azadlıq da. Bu ölkədə dəyər də yoxdur, çünki dəyərlə yaşayanları təqib edirlər, həbs edirlər. Bu ölkədə haqq-ədalət sözünü dilinə gətirənləri lağa qoyurlar, rüşvət almayana anormal kimi baxırlar, bir vaxtlar məğrurcasına kişiliyi tərənnüm edən qafqazlı, türk kişisi bu gün "... kişi qaldı 41-45-də" deyib özünə lağ edir. Rəzalətin son mərhələsi yani. Siz də mətləb tapmısız etiraz etməyə.
Yox əgər etiraz etmək fikrinizdən keçirsə ziyalılığınızı, nüfuzunuzu ortaya qoyun, dediyim kimi, azadlıqlarının məhdudlaşdırılmasına etiraz edin, həbsdə yatan günahsız siyasətçi, jurnalist, hüquq müdafiəçiləri, dindarların haqqının tapdanmasına etiraz edin. Heç olmasa beynəlxalq festivallarda uğur qazanış çəkdiyiniz filmin niyə hələ də Azərbaycanda geniş tamaşaçı kütləsinə tanış olmamasını sorun. Ya da sadəcə susun. Çünki bu ölkədə nəyəsə etiraz edənlər təqib olunur.
P. S. Bir sinif yoldaşım var. Uzun illərdir
ölkədə yaşamır. Çox istedadlı insandı. Qələmi əlinə götürdüsə bir cümlə də
yazmış olsa şedevr yaradacaq. Məktəbdə oxuyanda müəlliməmiz israrla onun
jurnalistikaya üz tutmasını tələb edirdi. Dediyim kimi, uzun müddətdir Rusiyada
yaşayır və tikintidə çalışır. Həyatından razıdır Sadəcə vətəndən ötrü darıxır, amma gəlmək də istəmir. Bilirsiz niyə xatırladım onun haqqında? Bir neçə gün əvvəl "skype" vasitəsilə bir xeyli söhbətləşdik. Söhbət əsnasında dedi ki, ev sahibinin məktəbli qızı xahiş edib oda qızın yerinə müsabiqə üçün inşa yazıbmış. Və...
inşa müsabiqənin qalibi olub. Bu da sizə ucuz əmək qüvvəsi olan azəri.
P. P. S.
Elvin bəy, 10 dekabr
Beynəlxalq İnsan Haqları Günüdür. 1948-ci il 10 dekabrda BMT tərəfindən “İnsan
hüquqları haqqında ümumi deklarasiya” qəbul olunub. 1950-ci ildən başlayaraq 10
dekabr Beynəlxalq İnsan Haqları günü kimi qeyd edilir...
![]() |
| "Nereye" |
![]() |
| "Nereye" |


