Nüşabə
Sadıxlının sədrliyi ilə keçirilən toplantıda ilk olaraq son dövrlərdə dünyasını dəyişən müsavatçıların və neft platformasında həlak olanların xatirəsi yad
edilib.
Müsavat
Partiyasının başqanı Arif Hacılı ölkədəki ictimai-siyasi vəziyyət və Müsavat
Partiyasının vəzifələri mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında
hakimiyyətin daxili, xarici və iqtisadi siyasətinin iflasa uğraması, aparılan
xarici siyasətin ölkəni beynəlxalq aləmdən təcrid olunmasına, iqtisadi
siyasətin isə ağır iqtisadi böhrana gətirib çıxardığını vurğulayıb.
Arif Hacılı
2016-cı ilin ölkə üçün ağır il olacağını qeyd etməklə yanaşı, siyasi fəallığın
artacağı və ciddi dəyişikliklərin olacağını bildirib.
Müsavat
Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı 2015-ci il Parlament
seçkiləri, bu seçkilərdə Müsavat Partiyasının fəaliyyəti barədə məlumat verib.
Seçki kampaniyası dövründə ayrı-ayrı namizədlərin və partiya strukturlarının
gördüyü işlərdən danışıb.
Müsavat
Partiyası başqanının müavini Elman Fəttah partiyanın 2016-cı il üçün fəaliyyət
istiqamətləri ilə əlaqədar hazırlanan layihəni təqdim edib.
Məclisdə
Müsavat Partiyası Məclisinin bəzi daimi komissiya sədrləri çıxış edib.
Elm və təhsil
komissiyasının sədri Dilşad Nağıyeva, Gender məsələləri komissiyasının sədri
Könül Alıyeva, Analitik Mərkəzin sədri Mustafa Hacılı, Qarabağ komissiyasının
üzvü Nazim Tapdıqoğlu çıxış edərək təmsil etdikləri komissiyaların fəaliyyəti
və planları barədə məlumat verib.
Müsavat
Partiyası başqanının müavini, vəkil Osman Kazımov Demokratik Rifah təşkilatının
rəhbərliyinə daxil olan şəxslərin Müsavat Partiyasına qarşı qaldırdığı məhkəmə
iddiası ilə bağlı gedən məhkəmə prosesi barədə məlumat verib.
Məclisin
sessiyasında MNTK sədri Sevinc Hüseynova, Müsavat başqanının müavini Səxavət
Soltanlı, Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov, Məclis üzvü Valeh
Hümmətoğlu və başqaları çıxış edərək partiyada və ölkədə gedən proseslərə
münasibət bildirib, öz təkliflərini səsləndiriblər.
Məclis
Müsavat Partiyasının 2016-cı il üçün fəaliyyət istiqamətləri ilə əlaqədar
sənədi müzakirə edərək, əsas kimi qəbul edib.
Sonda cari
məsələlərə baxılıb.




Комментариев нет:
Отправить комментарий