Dekabrın 21-də Azərbaycanda baş verən ikinci devalvasiya dünya mətbuatının diqqət mərkəzindədir. Dekabrın 25-də Türkiyədə yayımlanan “ON4 TV” kanalının ana xəbər buraxılışında da ikinci devalvasiya barədə reportaj verilib.
İkinci dəfə baş verən devalvasiyadan sonra yaranmış sosial-iqtisadi böhranın miqyası göstərilib, əhalinin etiraz əhvalına kökləndiyi qeyd olunub. Bu mövzuda Müsavat Partiyası başqanı Arif Hacılının da fikirləri öyrənilib. Müsavat başqanı yaranmış fəlakətli vəziyyəti Azərbaycan hakimiyyətinin uzun illər apardığı yanlış siyasətin nəticəsi olaraq qiymətlənidirib, daha ciddi çətinliklərin hələ irəlidə olduğunu qeyd edib. Arif Hacılı mövcud vəziyyətin Müsavat Partiyasının strukturlarında və digər ictimai təşkilatlarla birlikdə müzakirə olunduğunu da bildirib. Qarşıdan gələn 2016-cı ilin Azərbaycan üçün çətin il olacağını qeyd edən Müsavat başqanı vurğulayıb ki, əgər hakimiyyət siyasi və iqtisadi islahatlara əl atmazsa, xalqın və beynalxalq birliyin çağrışlarını dinləməzsə, ən əsası siyasi məhbuslar azadlığa buraxılmazsa cəmiyyətdə ciddi qarşıdurmaların qaçılmaz olacaq. Arif Hacılı Müsavat Partiyası olaraq Azərbaycan cəmiyyətinin maraqlarını sona qədər müdafiə edəcklərini xüsusi olaraq qeyd edib.
Müsahibənin videoyazısını diqqətinizə təqdim edirik:
Комментариев нет:
Отправить комментарий