пятница, 25 декабря 2015 г.

Müsavat Partiyasının başqanı Ramazan Əliyevi təbrik edib.

 
Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan Əliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Ramazan  bəy!

Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Siz, 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin ən fəal nümayəndələrindən biri olmusunuz. 1992-93-cü illərdə demokratik  qüvvələrin hakimiyyəti dövründə Xaçmaz  rayonunda öz məsul görəvinizi yerinə yetirərkən işinizin öhdəsindən layiqincə gəlmisiniz. 1992-ci  ildən Müsavat Partiyasının üzvü olmuş, partiyanın bərpa işində fəal iştirak etmiş,  rayon təşkilatının gücləndirilməsində, müsavatçılıq ideyalarının təbliğində və yayılmasında yorulmadan fəaliyyət göstərmisiniz. Uzun müddət Müsavat Partiyası Xaçmaz rayon təşkilatına sədrlik etmiş, fəaliyyətiniz dövründə keçirilən bütün seçkilərdə, xüsusən 2003-cü ildə prezident, 2005-ci ildə Milli Məclisə deputat seçkilərində göstərdiyiniz fədakarlıqlara görə dəfələrlə təqib və təzyiqlərlə üzləşsəniz də, heç zaman öz əqidənizdən dönməmisiniz. Hal-hazırda Müsavatın bölgə liderlərindən biri , Müsavat Partiyası başqanının müşaviri kimi fəaliyyətinizi  davam etdirirsiniz.
Siz həm də mehriban, qayğıkeş bir ailə başçısı, atasınız. İnanıram ki, bundan sonra da hər zaman Sizi tanıyan insanlar Sizinlə qürur hissi keçirəcəklər.

Hörmətli Ramazan bəy!


Bir daha Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”  

Комментариев нет: