пятница, 25 декабря 2015 г.

Razim Əmiraslanlını 50 illik yubileyini qeyd etdi. (TƏBRİK)

Müsavat Partiyasının başqanı Arif Hacılı partiya üzvü Razim Əmiraslanlını 50 illik yubileyi  münasibətilə təbrik edib. Təbrikdə deyilir:                                

“Hörmətli Razim bəy!
Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Siz 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin fəal nümayəndələrindən biri kimi ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işlərinə böyük töhvələr vermisiniz.
Apardığınız bu şərəfli işi 2000-ci ildən Müsavat Partiyasının sıralarında davam etdirmisiniz. Uzun müddət Səbail rayon təşkilatının Şura üzvü, sədri kimi təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfənizi vermisiniz.
Prinsipial və fədakar mübarizənizə görə dəfələrlə təqib və təzyiqlərlə üzləşsəniz də heç zaman öz əqidənizdən dönməmisiniz.
Siz mehriban, qayğıkeş bir ailə başçısı, atasınız. İnanıram ki, hər zaman övladınız və Sizi tanıyan insanlar Sizinlə qürur hissi keçirəcəklər.
Hörmətli Razim bəy!

Sizi bir daha 50 illik yubileyiniz münasibətilə təbrik edir, apardığınız bu şərəfli mübarizə yolunda uğurlar arzulayıram.”    

Комментариев нет: