Bu gün
Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Qərarların
icrası və görülən işlər barədə verilən məlumatlar dinlənilib.
Divanda
partiyanın son Məclisinin işgüzar şəraitdə keçirildiyi partiya rəhbərliyi və bəzi
komissiya sədrlərinin hesabatı yüksək qiymətləndirilib.
Milli
Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin rəhbərliyi ilə “Milli kimlik: Urmu nəzəriyyəsi” mövzusunda keçirilən
konfrans barədə fikir mübadiləsi aparılıb.
İclasda
siyasi məhbuslarla bağlı keçirilən Dəyirmi Masanın təşkil edilməsi gözlənilən
əfv fərmanı ərəfəsində təqdirəlayiq hesab olunub.
Yığıncaqda
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə həmin gün saat
12.00-da Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarının ziyarət olunması qərara
alınıb.
Müsavat Partiyasının Şərqdə ilk demokratik
Respublikanın qurucusu olan M. Ə. Rəsulzadəni təhqir etmiş Gəncədən olan deputata
qarşı şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar müraciətinə 14 yanvar 2016-cı
il saat 10.00-da Gəncə şəhəri Nizami rayon Məhkəməsində hazırlıq iclası olacağı
barədə məlumat verilib.
Sonda cari
məsələlərə baxılıb.
28 dekabr 2015-ci il

Комментариев нет:
Отправить комментарий