вторник, 16 октября 2012 г.

9 ilin xatirələri

 16 oktyabr 2003. 
Rəzalətin ölkəyə hakim olacağı gün
Həmin dəhşətli günlərdən sonra həbs olunanlar fiziki, olunmayanlar mənəvi terorla üz-üzəydilər. Hər an gəlib aparacaqlarını gözləyirdim. Bütün günü toy kasetimə baxırdım. 11 oktyabrda baş 
tutmuş mərasimə toydan çox təbliğat mitinqi demək olardı. Bir neçə gün əvvəl birgə olduğum can müsavatçılarım indi pərən-pərən idi.



Az bir qismimiz bir yerə yığışıb ürəyimiz partlamasın deyə dərdimizi bölüşürdük, küçələrdə gəzişirdik. İnsanlardan elələri olrdu bizimlə rastlaşarkən cin görmüş kimi qaçıb uzaqlaşırdı, salam verməyə qorxurdular. O qorxunu onlara onlara yaşadanları və o qorxunu yaşayanları heç vaxt bağıışlamayacam.
Amma bəlkə də bu 10 il də lazım imiş. Yoxsa başımızı keçəl edəcəkdilər "İlham yeyib-içən oğlandı. Yaxşı işlər görəcəkdi" və daha nələr kimi düşüncəsiz frazalarla. Gəldi işdə. Gününüzü gördüz. Başınızı yedi, qanınızı içdi. 20 il hər yeni il gecəsi eyni yalanı danışdılar üzünüzə. və sizdə, qarabağsız qarabağlılar və öz elində didərgin digər Azərbaycan vətəndaşları, saat 12-ni vuranda 100 araq və duzlu xiyarla bu acı yalanı bal kimi uddunuz. Bəs deyilmi?
Qələbəyə çatmaq üçün qələbəni istəmək lazımdır. İstəmək zəhmət tələb edir, gərək istəyini göstərəsən.
Haydı millət. Zaman sənin zamanındır.





Комментариев нет: