вторник, 11 сентября 2012 г.

STRESSİZLİKDƏN STRESSƏ DÜŞƏNLƏR.


         Bu gün dostlarla "Təhsil və təhsildəki problemlər" mövzusunda söhbət əsnasında ilginc bir nəticəyə gəldik. Yadınızdadır, 1-2 il əvvəl TQDK və hakimiyyət yanlıları qəbulun zəif göstəricisini şərh edərkən sərsəm bir açıqlama səsləndirmişdilər ki, guya həmin il abituriyent olanlar 1992-1993 cü illərdə anadan olmuş uşaqlardı və AXC hakimiyyəti dönəmində onlar analarının bətnində ciddi stress keçiriblər. 
           Bu il isə durar-tutmaz keçid ballarını 150 bala kimi endirdilər. Sevirlərmiş millətin balalarını. İstəyirmişlər ki, oxuyan hər kəs ali təhsil alsın. Dəhşət. Az qala adam sentemental hisslərə qapanıb göz yaşlarına sərbəstlik versin. Hələ tv-lərə çıxıb yeni çeşidli mədhiyyələr söyləyib folklorumuzu zənginləşdirmək də keçir adamın ağlından. Amma sən saydığını say... Axı bu il imtahan verən uşaqlar 1994/95-ci illərdə anadan olublar. H. Əliyevin hakimiyyətə gəlib ana bətnində olan çocuqları stressdən qurtulduğu dönəmdə. 
         Amma deyəsən kampaniyanı uğurlu keçirə bilməyib hay-küysüz ötüşməyk qərarına gəldilər. Hələ bir "promax" da verib İctimai Palatanın əlinə təhsil problemlərini müzakirəyə çıxarmaq bəhanəsi verdilər. Neynək, qalsın gələn ilə. Utanmaza oynamağa zaman və məkan fərqi zatən yoxdur. 
         P.S. Zəruri qeyd: keçid ballarını 150-yə salmaq çox uğursuz addım idi.  Onsuz da 200-dən az toplayan kimsə tələbə adını qazana bilmədi.

Комментариев нет: