пятница, 13 июля 2012 г.

Ilham Əmiraslanova azadlıq!!!



Cənab İlham Əliyev! Fotolarda əks olunmuş 5 yaşlı və 4 aylıq iki körpə 8 iyun 2012-ci il tarixdə şərlənərək həbs olunmuş İlham Əmiraslanovun uşaqlarıdı. Bilirsiz bu uşaqların özəlliyi nədi? Onlar atalarının üzünə həsrətdilər. Onların atala
rı həqiqət axtarışında olduğu halda şərlənərək həbs olunmuş və vəhşicəsinə döyülmüşdür. 5 yaşlı Nihat "atan hardadır?" soruşduqda" gözünü qırpmadan "türmədə" cavabını verdi. "Darıxırsanmı?" soruşduqda sadəcə durub otağı tərk elədi. Bu uğurdanmı danışırdız, cənab İlham Əliyev? Bu nailiyyətlərinizə müxalifətin paxıllıq etməsini iddia edirdiz? Bu cocuqlar Azərbaycan vətəndaşı deyilmi? Niyə onların prezidenti ola bilmirsiz?













Комментариев нет: